Pep Qvardiola: "Bir-iki transfer edəcəyik"

17.05.2018 16:08

Premyer Liqanı çempion kimi başa vuran "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.

İspaniyalı mütəxəssisötən yay transferlərə 300 milyon avro xərcləyən "şəhərlilər"inbir neçə futbolçunu alacağını açıqlayıb:

"Bir-iki transfer edəcəyik. Çox oyunçu almyacağıq. İrəli xəttə bir futbolçu almağı düşünürük. Rəhbərliklə danışacağıq. Hər yay transfer üçün 300 milyon xərcləmək olmaz".

Qeyd edək ki, "Mançester Siti"nin "Lester Siti"dən Riyad Mahrezi transfer edəcəyi gözlənilir.

© xezerxeber.az


207 dəfə oxunub

ÇOX OXUNANLAR