"Qarabağ"dan ayrıldı, icarəyə verilir

16.05.2018 16:13

Cari mövsümü icarə əsasında "Qarabağ"da keçirən Pedro Enrike müqavilə ilə məxsus olduğu PAOK-a dönüb.

Yunanıstan klubu braziliyalı vingeri yenidən icarəyə verməyi düşünür. Çempionlar Liqasında mübarizə aparacaq Saloniki təmsilçisi daha səviyyəli futbolçuları transfer etməklə turnirdə uğurlu çıxış etməyi hədəfləyir. Pedro komadanın baş məşqçisi Razvan Luçeskunun gələcək planlarına daxil olmadığı üçün klubdan ayrılacaq. Onun başqa kluba icarəyə veriləcəyi gözlənilir.

27 yaşlı futbolçu "Qarabağ"da çıxdığı 26 matçda 6 qola imza atıb.

© xezerxeber.az


210 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR