8 futbolçu "Qalatasaray"dan gedir - SİYAHI

15.05.2018 16:53

"Qalatasaray" heyətində ciddi dəyişikliklər edəcək.

Baş məşqçi Fatih Terim 8 futbolçunun komandadan göndərilməsini istəyib. Məlumata görə, "İmperator" Tolqa Ciğerci, Yasin Öztekin, Ahmet Çalık, Sedrik Karrasso, İasmin Latovleviçi, Hakan Balta, Koray Günter və Tarık Çamdalı gələn mövsüm komandada görmək istəmir.

Əvəzində Fatih Terim 3 futbolçunun komandada saxlanılmasını istəyir. Müqaviləsi başa çatacaq Rayan Donkla yeni anlaşma imzalanmasını istəyən baş məşqçi Yuto Naqatomonun transfer hüququnun "İnter"dən alınmasına qərar verib. "Mançester Siti"dən icarəyə götürülən Yanson Denayer də yenidən icarəyə götürüləcək.

Fanat.Az

© xezerxeber.az


888 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR