Araz Abdullayev “Anortosis” klubundan ayrılıb

15.05.2018 16:50

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Araz Abdullayev Kiprin "Anortosis” klubundan ayrılıb.

Xezerxeber.az xəbər verir ki, Kipr mətbuatının yaydığı məlumata görə, klub rəhbərliyi icarə müqaviləsi başa çatan həmyerlimizlə əməkdaşlığa son qoyub. "Anortosis” A.Abdullayevdən başqa daha 3 futbolçu - Vladimir Qançev, Migel Palanqa və Nikola Matteu ilə də yollarını ayırıb.

Müqavilə ilə "Qəbələ”yə məxsus olan A.Abdullayev "Anortosis”də icarə əsasında çıxış edib. Yarımmüdafiəçinin Azərbaycana qayıdaraq karyerasını "Neftçi”də davam etdirəcəyini bildirib.

© xezerxeber.az


372 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR