Yoahim Lövün müqaviləsi uzadıldı

15.05.2018 16:14

Almaniya Futbol Federasiyası millinin baş məşqçisi Yoahim Lövlə yeni müqavilə imzalayıb.

XəzərXəbər xəbər verir ki, təcrübəli mütəxəssisinfəaliyyətindən razı qalan federasiya rəhbərliyi 58 yaşlı çalışdırıcı iləyeni müqavilə bağlamaq qərarına gəlib.

Tərəflər arasında imzalanmış yeni sazişə əsasən, Löv 2022-ci ilədək Bundestimin "sükanı arxası”nda olacaq.

Qeyd edək ki, Löv 2006-cı ildən millini çalışdırır.

Əlavə edək ki, Almaniya mundialda Meksika, İsveç və Cənubi Koreya ilə birlikdə F qrupunda mübarizə aparacaq.

© xezerxeber.az


267 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR