Premyer Liqada yeni klub - RƏSMİ

15.05.2018 15:49

2018/2019 mövsümündə futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "Sabah” komandasının baş məşqçisi postuna Elşad Əhmədov təyin olunub.

XəzərXəbər-in məlumatına görə, bu barədə "Report”a 38 yaşlı mütəxəssisin özü məlumat verib.

Qeyd edək ki, E.Əhmədov başa çatan mövsümdə I Divizionun qalibi olan "Xəzər”ə rəhbərlik edib.

© xezerxeber.az


328 dəfə oxunub

ÇOX OXUNANLAR