İngiltərə Premyer Liqasına 4-cü türk futbolçu gedir

15.05.2018 14:23

"Roma”nın şərəfini qoruyan türkiyəli futbolçu Cengiz Ünder haqqında növbəti iddia ortaya atılıb.

İtaliyanın "La Qazetta” nəşri xəbər verir ki, İngiltərə Premyer Liqasının nəhəngi "Çelsi” gənc hücumçunu heyətinə qatmaq niyyətindədir.

"Corriere dello Sport”un məlumatına görə klub "Atletiko Madrid”, "Borussiya Dortmund” və "Monako”nun təkliflərindən sonra transfer dəyəri 30 milyon avroya yüksələn Cengiz Ünderi satmaq niyyətində deyil. İtaliya təmsilçisi, xüsusilə, Çempionlar Liqasında Cengizin xidmətindən istifadə etməkdə maraqlıdır.

Qeyd edək ki, 20 yaşlı futbolçu mövsümün əvvəlində "Başakşehir”dən "Roma”ya keçid edib. "Transfermarkt” Cengizə 20 milyon avro qiymət qoyub./publika.az

© xezerxeber.az


316 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR