Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

“Fənərbağça” çempionluq mübarizəsində vacib 3 xalı 7 cavabsız qolla təmin edib

15.05.2018 09:30

Futbol üzrə Türkiyə Superliqasının 33-cü turunun sonuncu oyununda "Fənərbağça” səfərdə "Karabükspor” ilə qarşılaşıb.

Xezerxeber.az xəbər verir ki, "Fənərbağça” çempionluq uğrunda mübarizədə böyük əhəmiyyət kəsb edən vacib üç xalı rəqib qapısından keçirdiyi 7 cavabsız qol sayəsində təmin edib. Matç İstanbul təmsilçisinin 7:0 hesablı qələbəsi ilə başa çatıb.

"Fənərbağça” matçın ikinci dəqiqəsində hesabı açıb. Meydan sahiblərinin heyətində Anton Kravçenko topu öz qapısına vurub – 1:0. Görüşün 20-ci və 29-cu dəqiqələrində "Fənərbağça”nın futbolçusu Fernandao dubla imza atıb. 38-ci dəqiqədə Aatif Çaheçoue hesab arasındakı fərqi artırıb - 4:0. İlk hissə bu hesabla başa çatıb.

Fasilədən sonra "Fənərbağça” daha üç qol vuraraq "Karabükspor”un darmadağınını rəsmiləşdirib. Oyunun 47-ci dəqiqəsində Roberto Soldado, 77-ci dəqiqədə Nabil Dirar, 90-cı dəqiqədə isə Vinsent Yanssen adlarını tabloya yazdırıblar – 7:0.

Bu qələbədən sonra "Fənərbağça” xallarının sayını 69-a çatdıraraq ikinci pillədəki yerini qoruyub. Çempionatın lideri "Qalatasaray” ilə "Fənərbağça”nın arasında üç xallıq fərq var. "Fənərbağça” ilə eyni xala malik "Başakşəhər” üçüncü, hesabında 68 xal olan "Beşiktaş” dördüncüdür.

Tur çərçivəsində ötən gün keçirilmiş digər görüşdə "Beşiktaş” komandası səfərdə "Osmanlıspor”u 3:2 hesabı ilə məğlub edib.

Türkiyə Superliqasının sonuncu - 34-cü turu gələn həftə oynanılacaq və çempion müəyyənləşəcək. "Beşiktaş” komandasının çempion olmaq şansı qalmayıb. Çempionluğun bir addımlığında olan "Qalatasaray”la yanaşı, "Fənərbağça” və "Başakşehir”in də Superliqada ilk sırada olmaq şansları davam edir.

Mayın 20-də keçiriləcək və maraqla gözlənilən qarşılaşmalardan "Qalatasaray” səfərdə "Göztəpə”, "Fənərbağça” doğma meydanda "Konyaspor” ilə üz-üzə gələcək. "Başakşəhər” isə "Kasımpaşa”nı qəbul edəcək.

© xezerxeber.az


314 dəfə oxunub

ÇOX OXUNANLAR