DÇ-2018: Misir yığmasının ilkin iştirak ərizəsi açıqlanıb

14.05.2018 17:03

Misir yığmasının baş məşqçisi Ektor Kuper Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı öncəsi komandasının ilkin iştirak ərizəsini açıqlayıb. Apasport.az saytının məlumatına görə, ilkin siyahıda 29 nəfərə yer verilib.
DÇ-2018 ərəfəsində 6 nəfərin adı ərizədən çıxarılacaq və yekun siyahı məlum olacaq.
Qapıçılar: Məhəmməd Auad ("İsmaili”), Essam əl-Hadari ("Əl-Taavun”), Əhməd əl-Şənavi, Şərif Əkrəmi ("Əl-Əhli”).
Müdafiəçilər: Məhəmməd Əbdül-Şəfi (Əl-Fateh), Əhməd Fəthi, Ayman Əşrəf, Saad Samir (hər üçü "Əl-Əhli”), Əhməd əl-Məhəmmədi ("Aston Villa”), Ömər Qaber ("Los-Anceles Qelaksi” – icarə), Əli Qabr, Əhməd Heqazi (hər ikisi "Vest Bromviç”), Kərim Hafiz ("Lans”), Amro Tarek ("Orlando Siti”), Mahmud Həmdi ("Zamalek”).
Yarımmüdafiəçilər: Abdulla Səid (KuPS), Mahmud Fadlalla "Şikabala” ("Əl-Raed”), Məhəmməd əl-Nenni ("Arsenal”), Tarek Hamed, Mahmud Əbdül-Əziz (hər ikisi "Zamelek”), Mahmud Hassan "Trezeqe” ("Kasımpaşa” – icarə”), Ramadan Sobhi ("Stok Siti”), Mahmud Əbdül-Moneym "Kəhraba” ("Əl-İttihad”), Amr Varda ("Atromitos”), Sem Morsi ("Uiqan”).
Hücumçular: Məhəmməd Salah ("Liverpul”), Əhməd Hasan "Koka” Maqub ("Braqa”), Maruan Möhsün ( "Əl-Əhli”), Əhməd Qomaa ("Əl-Məsri).
Qeyd edək ki, Misir yığması dünya çempionatında ev sahibi Rusiya, Səudiyyə Ərəbistanı və Uruqvay milliləri ilə birlikdə A qrupunda mübarizə aparacaq.

© xezerxeber.az


444 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR