Luis Hamilton İspaniya Qran-Prisinin qalibi olub - FOTO

14.05.2018 12:27

"Mercedes”in pilotu Luis Hamilton Formula 1 üzrə dünya çempionatının beşinci yarışının – İspaniya Qran-Prisinin qalibi olub.

Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, pilotlar Barselonada 4655 metrlik trasda 66 dövrə vurublar.

Luis Hamilton 1 saat 35 dəqiqə 29,97238 saniyəlik nəticə ilə aktivinə 25 xal yazdırıb. Liderdən 20,598 saniyə geri qalan Valtteri Bottas ("Mercedes”) yarışı 18 xalla ikinci pillədə yekunlaşdırıb. İlk üçlüyü liderdən 26,873 saniyə sonra finişə çatan Maks Ferstappen ("Red Bull Racing”, 15 xal) tamamlayıb.

Pilotların yarış cədvəlinə 95 xalla Luis Hamilton başçılıq edir. Sebastyan Fettel ("Ferrari”) 78 xalla ikinci, Valtteri Bottas 58 xalla üçüncü pillədə qərarlaşıblar.

Konstruktorlar kubokunda isə "Mercedes” 153 xalla birinci, "Ferrari” 126 xalla ikinci, "Red Bull Racing” isə 80 xalla üçüncü pillədə yer alıb.

Çempionatın dördüncü yarışı olan Azərbaycan Qran-Prisi aprelin 27-29-da Bakıda keçirilib və Luis Hamilton yarışın qalibi olub.

Növbəti yarış Monako Qran-Prisi mayın 24-27-də keçiriləcək.

© xezerxeber.az

FOTOQALERIYA






401 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR