Pedro "Qarabağ"dan ayrıldı

13.05.2018 16:22

"Qarabağ”dan ayrılan ilk futbolçunun adı rəsmən məlum olub.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, cari mövsümün əvvəlində Yunanıstanın PAOK klubundan 1 illik icarə əsasında Ağdam təmsilçisinəkeçən Pedro Enrikeylə yollar ayrılıb. İcarə müddəti başa çatan futbolçuyla yeni müqavilə imzalanmayıb.

Braziliyalı vinger "Qarabağ"da çıxdığı 26 matçda 6 qola imza atıb.

"Qarabağ” FK Pedro Enrikeyə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

© xezerxeber.az


336 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR