Bütün dünyanın gözü 23:45-ə DİKİLDİ - İspaniyada ERKƏN FİNAL

14.02.2018 16:01

Çempionlar Liqasının 1/8 finalında Fransanın PSJ komandası ilə qarşılaşacaq "Real"ın iştirak ərizəsi elan edilib.

Bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq oyunda "Real” bu heyətlə iştirak edəcək:

Qapıçılar: Keylor Navas, Kiko Kasilya, Luka Fernandes

Müdafiəçilər: Dani Karvahal, Xesus Valyexo, Serxio Ramos, Rafael Varan, Naço Fernandes, Marselo, Teo Ernandes, Aşraf Hakimi

Yarımmüdafiəçilər: Toni Kroos, Luka Modriç, Kasemiro, Markos Llorente, Marko Asensio, İsko, Mateo Kovaçiç, Dani Sebalyos

Hücumçular: Kriştiano Ronaldo, Kərim Benzema, Qaret Beyl, Lukas Vaskes, Borxa Mayoral

***

Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti matçları keçiriləcək.

İkinci oyun günündə iki görüş baş tutacaq. Qarşılaşmalardan biri İspaniyada, digəri Portuqaliyada reallaşacaq. Ardıcıl iki mövsüm turnirin qalibi olan "Real Madrid” favoritlərdən sayılan Fransa təmsilçisi PSJ-ni qəbul edəcək.

La Liqada 42 xalla 4-cü pillədə qərarlaşan və lider "Barselona”dan 17 xal geri qalan "Kral klubu” üçün cari mövsüm heç də yaxşı keçmir. Komandanın baş məşqçisi Zinəddin Zidanın aqibəti fransızlarla dueldən asılıdır. PSJ isə böyük pulların müqabilində qitənin ən nüfuzlu klub turnirində qalib olmağı hədəfləyib.

Madrid təmsilçisinin heyətində Daniel Karvahal cəza, Xesus Vallexo isə zədə üzündən meydana çıxa bilməyəcək. Dani Sebalyosun durumu isə sual altındadır. PSJ-də isə zədəli Kevin Trappın oynamayacaq. Digər zədəlilər - Edison Kavani, Tyaqo Motta və Leven Kyurzavanın qarşılaşmada iştirak edib-etməyəcəkləri dəqiq bilinmir.

Günün digər qarşılaşması Portuqaliyanın "Portu” və İngiltərənin "Liverpul” kollektivləri arasında olacaq. Ölkə çempionatının lideri olan meydan sahibləri ilk matçda müsbət nəticə əldə etmək arzusundadırlar. Cütün favoriti sayılan qonaqlar isə səfərdən sərfəli hesabla qayıtmaq istəyirlər.

"Portu”da Felipe Monteyro cəzalıdır. Zədədən əziyyət çəkən İvan Markano, Andre Filipe Braş və Vensan Abubakarın durumuna matç ərəfəsində aydınlıq gələcək. "Liverpul”da isə iki itki var. Emre Can cəza, Nataniel Klayn isə zədə üzündən görüşdə iştirak etməyəcək.

Çempionlar Liqası

1/8 final, ilk oyunlar

14 fevral

23:45. "Real Madrid" (İspaniya) - PSJ (Fransa)

Baş hakim: Canluka Rokki

23:45. "Portu" (Portuqaliya) - "Liverpul" (İngiltərə)

Baş hakim: Daniele Orsato (İtaliya)

Publika.az

© xezerxeber.az


485 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR