İquain ÇL tarixində ən sürətli dubla imza atdı

14.02.2018 15:37

"Yuventus” futbol klubunun hücumçusu Qonsalo İquain Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin birinci oyununda "Tottenhem”lə qarşılaşmada (2:0, birinci hissə) dubl ilə yadda qalıb.

Bunun üçün argentinalı forvarda start fitindən sonra cəmi 8 dəqiqə 7 saniyə tələb olunub.

Bu, Çempionlar Liqası tarixində ən sürətli dubldur.

Bundan əvvəlki rekord "İnter”in sabiq hücumçusu Xulio Krusa məxsus idi. O, 2006/2007-ci il mövsümündə "Spartak”la oyunda dubla 8 dəqiqə 30 saniyə ərzində nail olub.

© xezerxeber.az


174 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR