Joze Mourinyo bu dəfə "Liverpul"a söz atdı

14.02.2018 14:42

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo Premyer Liqadakı əzəli rəqibi olan "Liverpul" haqda açıqlama verib. Hər zaman qalmaqallı açıqlamaları ilə diqqət çəkən təcrübəli çalışdırıcı bu dəfə də ənənəsinə sadiq qalıb.

Portuqaliyalı mütəxəssis açıqlamasında "qırmızılar"ı kiçik klub adlandırıb. Mourinyo mersisaydlıların sabiq baş məşqçisi Rafa Benites barədə isə xoş sözlər səsləndirib:

"Rafa Benites şübhəsiz ki, əla çalışdırıcıdır. O, Çempionlar Liqasını məni kimi kiçik klubda qazanmağı bacardı. Mən "Portu" ilə, Benites isə "Liverpul"la qalib olmuşdu".

Qeyd edək ki, 5 dəfə ÇL-in qalibi olan "Liverpul" bu baxımdan İngiltərədə bu titula ən çox sahib olan klubdur. Benites 2005-ci ildə "Liverpul"a Çempionlar Liqası turnirinin kubokunu qazandırmışdı.

© xezerxeber.az


69 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR