26 yaşında futboldan getdi - Həkimin tövsiyəsi ilə

14.02.2018 14:09

Ötən mövsüm "Stemford Bric”də oynanan matçda rəqibi Geri Cahillə toqquşaraq kəllə sümüyünü qıran Rayn Mason futbola vida edib.

Tibbi müayinənin nəticəsinə görə, Mason artıq futbol karyerasını davam etdirə bilməz:

"Fizioterapevtlər mənə futbola son verməyi tövsiyə etdi. Meydana qayıtmaq üçün çox cəhd etdim. Ancaq həkimlər icazə vermədi. Başımın formasının pozulmasına səbəb olan o zədə sağlamlığım üçün ciddi riskdir”.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında 69 matça çıxan futbolçu 2014-cü ildə "Tottenhem”in A komandasına keçmiş və daha sonra "Hall Siti”yə transfer olmuşdu.

© xezerxeber.az


88 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR