Keyn Cerrardın rekordunu təkrarladı

14.02.2018 12:56

İngiltərənin "Tottenham” klubunun hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında ingilis futbolçular arasında bir mövsüm ərzində ən çox top vuran həmyerlisi Stiven Cerrardın rekordunu təkrarlayıb.

Artıq hər iki futbolçunun hesabında 7 qol var. Harri Keyn artıq karyerasını başa vurmuş Cerarda ötən gecə ÇL-in 1/8 final mərhələsi çərçivəsində İtaliyanın "Juventus” klubu ilə səfər oyununda vurduğu qol sayəsində çatıb. Cerard isə bu rekorda "Liverpool"un heyətində 2008/09 mövsümündə imza atıb. "Tottenham”in forvardı İngiltərənin ÇL-dəki ən məhsuldar futbolçusuna çevrilmək şansı da var. O, ən azı "Juventus”la cavab matçında fərqlənməklə mütləq rekordçuya çevrilə bilər.

Xatırladaq ki, ilk oyunda 2:2 hesablı heç-heçəyə razılaşan "Tottenham”lə "Juventus” arasındakı cavab qarşılaşması martın 7-də Londonda keçiriləcək.

© xezerxeber.az


197 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR