"Çelsi"nin yeni baş məşqçisi açıqlandı

13.02.2018 16:52

"Çelsi" baş məşqçi dəyişikliyinə hazırlaşır. Klub rəhbərliyi Antoine Konteni istefaya göndərir.

Buna səbəb komandanın Premyer Liqada uğursuz çıxışı olub. "Çelsi" 26 turda 50 xal toplayaraq turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb və lider "Mançester Siti"dən 22 xal geri qalır.

"The Times"in məlumatına görə, "Çelsi" Antonio Konteni istefaya göndərəcək və bu mövsümün əvvəlində "Uatford"a başçılıq etmiş Marko Silvanı təyin edəcək. 40 yaşlı portuqaliyalı mütəxəssis əvvəllər Portuqaliyanın "Estoril", "Sportinq", Yunanıstanın "Olimpiakos" və İngiltərənin "Hall Siti" klublarına başçılıq edib.

Fanat.Az

© xezerxeber.az


558 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR