UEFA Çempionlar Liqası 1/8 final mərhələsi başlayır

12.02.2018 17:39

Fevralın 13-də futbol üzrə UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin oyunlarına start veriləcək.

XəzərXəbər-in məlumatına görə, mərhələnin ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Günün mərkəzi görüşündə İtaliya təmsilçisi "Yuventus” doğma meydanda İngiltərənin "Tottenhem” klubunu qəbul edəcək. Bu komandalar indiyədək cəmi iki dəfə üz-üzə gəliblər. 2016-cı ildə baş tutan qarşılaşmada "Yuventus” 2:1 hesablı qələbə qazandığı halda, ötən il keçirilən görüş "Tottenhem”in qələbəsi ilə yekunlaşıb - 2:0.

Günün digər qarşılaşmasında isə daha bir ingilis klubu "Mançester Siti” səfərdə İsveçrə "Bazel”nin qonağı olacaq.

Qeyd edək ki, hər iki görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

© xezerxeber.az


450 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR