Nə Messi, nə Ronaldo, nə də Neymar - O futbolçu hamını GERİDƏ QOYACAQ

12.02.2018 16:22

"Tottenhem Hotspur”da forma geyinən Harri Keyn braziliyalı Neymarın "ən bahalı futbolçu” statusunu əlindən almağa hazırlaşır.

İtaliya nəhəngi "Yuventus” Harri Keyn üçün 250 milyon avro ödəmək niyyətindədir.

"Don Balon”un xəbərinə görə, "Yuventus” Harri Keyni Paulo Dibalanın yeni partnyoru olaraq düşünür. Bundan əvvəl H.Keynin adı sıx şəkildə "Real Madrid”lə birgə çəkilirdi.

Qeyd edək ki, "Yuventus” Çempionlar Liqasının son 16 turunda "Tottenhem” ilə qarşılaşacaq.

"Transfermarkt" ingiltərəli futbolçuya 120 milyon avro qiymət qoyub./publika.az


© xezerxeber.az


692 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR