Yığmamızın heyəti açıqlandı

12.02.2018 12:58

üdo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Ruslan Maşurenko Almaniyanın Düsseldorf şəhərində keçiriləcək Qran-pri turniri üçün 11 idmançı sifariş edəcək.

O, fevralın 23-25-də təşkil olunacaq yarışda Vüqar Şirinli, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Fəqan Quluzadə (81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 90 kq), Elxan Məmmədov və Elmar Qasımova (hər ikisi 100 kq) şans verəcək.

Qran-pridə 72 ölkədən 547 (336 kişi, 211 qadın) cüdoçunun iştirakı gözlənilir.

© xezerxeber.az


236 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR