"Mançester Siti"nin 50 milyon avroluq transferi açıqlandı

11.02.2018 14:35

"Mançester Siti"nin yayda edəcəyi ilk transfer açıqlanıb. İngiltərə klubu "Şaxtyor"dan Fredi heyətinə qatacaq.

Məlumata görə, "Mançester Siti" qışda da transfer etmək istədiyi braziliyalı ulduzun keçidi üçün Ukrayna klubu ilə prinsipial anlaşma əldə edib. Həmin razılaşmaya əsasən "Şaxtyor"a 44,5 milyon funt-sterlinq (50 milyon avro) ödəniləcək.

Qeyd edək ki, "Şaxytor" Fredi 2013-cü ildə Braziliyanın "İnternasional" klubundan 15 milyon avro alıb.

© xezerxeber.az


334 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR