Azərbaycanlı idmançı 4 illik cəza aldı

10.02.2018 14:44

Azərbaycanın daha 1 idmançısında dopinq aşkarlanıb. Apasport.az Azərbaycan Milli Antidopinq Federasiyasının (AMADA) rəsmi saytına istinadən məlumat verir ki, bu dəfə həndbol üzrə Azərbaycan millisinin üzvü Səbinə Nuriyevanın dopinq-testi müsbət nəticə verib.

33 yaşlı qapıçıdan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu üzə çıxıb. Nuriyevanın orqanizmində boldenon və boldenon metaboliti aşkarlanıb. Bu səbəbdən də AMADA "Azəryol"un həndbolçunu 4 illik müddətə yarışlardan diskvalifikasiya edib.

IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan Nuriyevanın cəza müddəti ötən ilin 23 oktyabrın hesablanmağa başlayıb və 2021-cu il oktyabrın 23-də bitəcək.

Qeyd edək ki, Nuriyevayadək daha 4 idmançımız dopinq-testdə "ilişdiyi" üçünAMADA-nın cəzası ilə üzləşib.

© xezerxeber.az

FOTOQALERIYA






358 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR