Canluici Buffon İtaliya A Seriyasında 500-cü oyununa çıxıb

10.02.2018 14:37

Futbol üzrə İtaliya çempionatının 24-cü turunun "Fiorentina”ya qarşı keçirilən oyunu "Yuventus”un qapıçısı Canluici Buffon üçün əlamətdar olub.

AZƏRTAC xəbər verir ki, "Yuventus”un 2:0 hesablı qələbəsi ilə yekunlaşan matç qapıçının Turin klubunun heyətində A Seriyasında 500-cu oyunu kimi tarixə düşüb.

Buffon "Yuventus”a 2001-ci ildə "Parma”dan transfer olunub. O, Turin komandasının heyətində ümumilikdə 640 matç keçirib ki, onun da 500-ü ölkə çempionatına təsadüf edib.

© xezerxeber.az


206 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR