Klubundan Mahrezə sərt cəza

09.02.2018 16:59

"Lester Siti” əlcəzairli futbolçusu Riyad Mahrezi cəzalandırıb. O, 273 min avro cərimələnib.

Buna səbəb futbolçusun komandanın oyunlarını və məşqləri boykot etməsidir. Bu artıq iki həftədi ki, davam edir.

Futbolçu boykotu dayandırmasa, cərimənin məbləği daha da artırılacaq.

Mahrez hazırda ailəsi ilə birlikdə vətənindədi. O, "Mançester Siti”yə keçidinə əngəl yaradıldığı üçün boykot qərarı verib.

© xezerxeber.az


440 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR