Hazard qərarını verdi - AÇIQLAMA

12.01.2018 15:36

"Çelsi"nin futbolçusu Eden Hazard London klubunda qalacaq.

Bu barədə belçikalı yarımmüdafiəçi "Mirror"a müsahibəsində deyib. O, İngiltərə təmsilçisi ilə yeni müqavilə imzalamağa hazır olduğunu söyləyib: "Amma düşünürəm ki, əvvəlcə müqavilənin müddətini Tibo Kurtua uzadacaq. Daha sonra mən yeni müqavilə imzalayacam".

Qeyd edək ki, E.Hazardın "Çelsi" ilə hazırkı müqaviləsi 2020-ci ildə başa çatır. Onun "Real"a keçmək istədiyi iddia olunurdu.

© xezerxeber.az


288 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR