`Dortmund`un 9 futbolçusu kababdan zəhərlənib

12.01.2018 11:33

Almaniyanın "Borussiya Dortmund" klubunun 9 üzvü İspaniyada təlim-məşq toplanışı zamanı bağırsaq qripinə yoluxub.

"Bild"in verdiyi məlumata görə, həkimə müraciət edən futbolçular Roman Burki, Roman Vaydenfeller, Mark Bartra, Andre Şürrle, Kristian Pulişiç, Ömər Toprak, Yakob Brun Larsen, Nuri Şahin və Dominik Reyman olub.

Futbolçuların kütləvi zəhərlənməsinə səbəb onların toyuq kababı yemələri olub.

Qeyd edək ki, futbolçular yanvarın 14-də keçiriləcək Bundesliqanın 18-ci turunda "Volfsburq"a qarşı oyuna qədər bərpa olunacaqlar.

© xezerxeber.az


77 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR