MY Beyl və Qrizmann arasında seçim edəcək

11.01.2018 18:26

"Mançester Yunayted” yayda transfer bombası partlatmağa hazırlaşır.

XəzərXəbər "Mançester İvninq Nyus”a (Manchester Evening News) istinadən xəbər verir ki, İngiltərə nəhəngi 3 ulduz arasında seçim edəcək.

Baş məşqçi Joze Mourinyo rəhbərlikdən Qaret Beyl ("Real”), Antuan Qrizmann ("Atletiko”) və Paulo Dibala ("Yuventus”) kimi futbolçulardan birinin heyətə qatılmasını istəyib.

Don Jozenin müraciətini isti qarşılayan klub bossları mövsümün sonunda azarkeşləri sevindirməkdə qərarlıdı./fanat.az

© xezerxeber.az


353 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR