Azərbaycan millisinin üzvü "Gənclərbirliyi”ndə

11.01.2018 16:54

2016-cı ildən Azərbaycan millisinin üzvü olan Dəniz Yılmaz Türkiyənin "Gənclərbirliyi” klubuna transfer olunub.

Klubla 29 yaşlı hücumçu arasında 1,5 illik müqavilə imzalanıb.

Dəniz Yılmaz yeni komandasının heyətində ilk oyununu daha əvvəl məxsus olduğu "Bursaspor”a qarşı keçirəcək.

Super Liqanın daha bir təmsilçisi "Ərzurumspor” klubu D.Yılmazı transfer etmək istəsə də, klub daxilində legioner məhdudiyyəti olduğundan transfer baş tutmayıb.

Qeyd edək ki, Dəniz Yılmaz karyerası ərzində Almaniyanın "Bavariya", "Maynts 05", "Paderborn", Türkiyənin "Elazığspor", "Trabzonspor" və "Bursaspor" klublarında çıxış edib.

D.Yılmazın Azərbaycan vətəndaşlığından imtina etməsi ilə bağlı iddialar da mediada yer alır.

© xezerxeber.az


93 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR