Futbol tarixində BİR İLK

11.01.2018 11:54

"Liverpul”un ingilətərəli ulduzu Daniel Sturridge özünü İtaliyanın nəhəng klubu "İnter”ə təklif edib.

Bu barədə "Tuttosport” nəşri məlumat yayıb.

Məlumata görə, "Liverpul”da forma geyinmək şansı olmayan ulduz komandadan ayrılmaq istədiyini etiraf edib. Şərtlərini italiyalı kluba təqdim edən futbolçu transferin başa çatması üçün gözləmə nöqtəsinə keçib. "İnter” isə bu təklifdən təəccüblənib və düşünmək üçün zaman istəyib.

Qeyd edək ki, Sturridge bu mövsüm "Liverpul” forması ilə 9 matça çıxıb. 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun hazırki komandası ilə müqaviləsi 2019-cu ilin iyun ayında başa çatacaq./publika.az

© xezerxeber.az


395 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR