İngiltərədə YENİ “MÜHARİBƏ” - Bunu unutmayacam!

11.01.2018 10:59

"Çelsi”nin baş məşqçisi Antonio Konte ilə "Mançester Yunayted”in çalışdırıcısı Joze Mourinyo arasında söz müharibəsi davam edir.

Konte Mourinyonun onu ciddi ittihamlarla günahlandırdığını bildirib. İtalyan mütəxəssis növbəti dəfə bu məsələyə münasibətini açıqlayıb:

"Mourinyo məni ciddi ittihamlarla günahlandırıb. Bunu heç vaxt unutmayacam”.

Portuqal mütəxəssis əvvəlcə Konteni oyun zamanı klounluq etməkdə günahlandırmışdı. Konte cavabında "Mourinyo keçmişinə baxsın” demişdi. Ardınca Joze italyanı oyun alqı-satqısında ittiham etmişdi./publika.az

© xezerxeber.az


356 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR