`Real Madrid` Məhəmməd Salaha elçi düşdü

11.01.2018 10:50

"Liverpul” futbol klubunun yarımmüdafiəçisi Məhəmməd Salah "Real Madrid”in maraq dairəsinə düşüb.

XəzərXəbər-in NTV Spora istinadən məlumatına görə, Madrid təmsilçisi 25 yaşlı misirli futbolçunu heyətinə qatmaqda israrlıdır.

"Real Madrid" bundan əvvəl də "Tottenhem"in hücumçusu Harri Keynə elçi düşmüşdü. Amma Keyn bu təklifi mədəni surətdə rədd edərək, "Tottenhem"in uğurları üçün çalışacağını deyib.

Qeyd edək ki, bir müddət əvvəl "Barselona” klubu "Liverpul”dan Filippe Koutinyonu transfer edib. Futbolçunun keçidi ümumilikdə 160 milyon avro məbləğində transfer müqaviləsi əsasında reallaşıb. Bu, "Barselona”nın tarixində ən bahalı, dünyada isə Neymar və Mbappedən sonra üçüncü ən yüksək ödənişli transfer müqaviləsidir.

© xezerxeber.az


217 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR