Formula 1-in təqvimi təsdiq edildi

07.12.2017 14:23

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Dünya Şurası Formula-1 yarışlarının 2018-ci il mövsümü üçün təqvimini təsdiq edib.

XəzərXəbər xəbər verir ki, növbəti mövsüm 21 mərhələdən ibarət olacaq. İlk yarış martın 25-də, son yarış isə noyabrın 25-də təşkil olunacaq.

Ölkəmizin üçüncü dəfə ev sahibliyi edəcəyi Azərbaycan Qran-Prisi isə aprelin 29-da təşkil olunacaq.

İlkin təqvimlə müqayisədə böyük dəyişikliklər edilməyib, lakin gözlənildiyi kimi Çin və Bəhreyn mərhələləri yerlərini dəyişib. Mövsümün ikinci yarışı məhz Bəhreyndə, ardınca isə Çində keçiriləcək.

© xezerxeber.az


65 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR