Prosineçki Xorvatiya yığmasından gözünü çəkdi

14.11.2017 17:58

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliçin taleyinə aydınlıq gəlib. XəzərXəbər Xorvatiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, sözügedən çalışdırıcı işinə davam edəcək.

Bu gün futbol qurumunun prezidenti Davor Şukerlə görüşən 51 yaşlı Daliçin komandanı mundiala aparması qərara alınıb. Şuker qrup mərhələsində Ukrayna (2:0) və pley-offda Yunanıstan üzərində qələbənin (4:1, 0:0) memarı olan mütəxəssisin dünya çempionatına yollanmağa layiq olduğunu bildirib. Çalışdırıcı gələn həftə rəsmi müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, seçmə mərhələnin IX turunda Finlandiya ilə heç-heçədən (1:1) sonra Ante Çaçiçlə yollarını ayıran Xorvatiya Futbol Assosiasiyası Zlatko Daliçi müvəqqəti bu posta təyin etmişdi. Komandanı mundiala aparmağa namizədlər arasında Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin də adı var idi.

© xezerxeber.az


70 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR