"Poqbanı belə qiymətə satmaq karyeramın ən böyük uğurudur"

14.11.2017 17:24

"Yuventus"un idman direktoru Beppe Moratta komandanın sabiq futbolçusu Pol Poqbanın "Mançester Yunayted"ə transferi haqda açıqlama verib.

Klub rəsmisi 2016-cı ilin yayında "qoca sinyora"dan "qırmızı şeytanlar"a 105 milyon avro qarşılığında transfer olunan Poqbanın keçidini karyerasının ən böyük uğuru olduğunu qeyd edib:

"Poqba bizdə 4 mövsüm oynadı. Amma onu belə bir məbləğə satmaq çox çətin iş idi. Ancaq bunu bacara bildik. Karyeramı vərəqləyəndə anlayıram ki, bu, mənim ən böyük uğurumdur".

Poqbanın transferindən əldə edilən qazanca "Napoli"dən 94 milyon avroya "Pipita" ləqəbli Qonsalo İquaini alan "Yuventus" rəsmisi argentinalı forvardın komandaya böyük güc qatdığını söyləyib.

© xezerxeber.az


78 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR