Karlos Teves Çin klubundan ayrılır

14.11.2017 15:25

Karlos Tevesin işləri Çində qaydasında getmir. "Şanxay Şenhua"da llik təxminən 42 milyon dollar qazanan argentinalı hücumçu qışda komandadan ayrılmaq fikrindədir.

Teves sabiq komandası "Boka Xuniors"a qayıda bilər. Bu barədə Argentina mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, klubun prezidenti Daniel Anxeliçi Teveslə görüşmək üçün Çinə yollanacaq. Danışıqlardan sonra bu keçidin baş yuyub-tutmayacağı dəqiqləşəcək.

Teves ötən ilin dekabrında "Boka Xuniors"dan "Şanxay Şenhua"ya keçmişdi. 33 yaşlı forvard bu müddətərzində cəmi 4 qol vurub.

© xezerxeber.az


50 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR