Bakı
8 C
USD
EUR
1.7001
2.0116
RUB
GBP
0.0290
2.2843
XƏBƏR
ARXİVİ

Droqba karyerasını başa vuracağı tarixi açıqladı

14.11.2017 13:57

Kot-d-ivuarlı hücumçu Didiye Droqba futboldan gedəcəyi tarixi açıqlayıb.

Ulduz futbolçu növbəti mövsüm butsılarını mismardan asacağını bəyan edib:

"Növbəti mövsüm mənim üçün son olacaq. Futbol oynamaq zövqlüdür, ancaq 39 yaşda əvvəlki kimi sürətli oynaya bilmirsiniz".

Droqba hazırda ABŞ-ın II Liqasında mübarizə aparan "Foniks Rizinq" klbunda çıxış edir. O, geridə qalan mövsümdə 14 oyun keçirib və 9 qol, 3 assistlə yadda qalıb. MLS 2-ci liqada yeni mövsüm 2018-ci ilin mart ayında başlayacaq və oktyabrda başa çatacaq.

39 yaşlı hücumçu "Marsel", "Çelsi" və "Qalatsaray" kimi klublarda top qovub.

© xezerxeber.az


212 dəfə oxunub

XƏBƏRLƏR

22.07.2018 10:05

"Instagram"da yenilik

ÇOX OXUNANLAR