"Real Madrid" Beylə qiymət qoydu

14.11.2017 11:39

"Real Madrid"in vinqeri Qaret Beylin gələcəyi ilə bağlı ziddiyyətli xəbərlər yayılmaqdadır.

Bir sıra nəşrlər klub rəhbərliyinin ona güvəndiyini və zədəsini sağaldandan sonra optimal formasını yığmaq şansı verəcəyini yazır. Bir sıra media orqanları isə ulduz futbolçuya 70-80 milyon avro qiymət qoyduğunu bildirir.

Ötən yay "Manchester United" ona görə 120-150 milyon avro təklif etsə də, rədd cavabı almışdı.

Ehtimal olunur ki, Beylin tez-tez zədələnməsi klub bosslarının fikrindən daşınmasına səbəb olub.

© xezerxeber.az


374 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR