“Qarabağ”ın rəqibi ağır vəziyyətdə - Ard-arda itkilər

13.11.2017 17:43

İngiltərənin "Çelsi” klubuna ağır itki üz verib.

Komandanın üzvləri Timue Bakayoko, Mişi Batşuayi və Alvaro Moratadan sonra daha bir ulduz futbolçusu Eden Azar da zədələnib.

Sözügedən futbolçuların Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində təmsilçimiz "Qarabağ”la çıxacağı matçın heyətində yer alıb-almaması hələ ki, sual altındadır.

Azarkeşlər komandanın əsas heyətində yer alan bu futbolçuların matçda iştirak etməyəcəyi təqdirdə, "Qarabağ”ın qrupdan çıxa biləcəyini ehtimal edir.

© xezerxeber.az


90 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR