Koutinyodan ayrılıq iddialarına münasibət

13.11.2017 13:06

Uzun müddətdir ki, adı "Barselona" ilə hallanan "Liverpul"un futbolçusu Filipe Koutinyo açıqlama verib.

Braziliyalı yarımmüdafiəçi ayrılıq iddialarına münasibət bildirib. O, "Liverpul"da xoşbəxt olduğunu və dünyanın ən yaxşı liqalarından birində çıxış etdiyini bildirib:

"Dünyanın ən yaxşı çempionatlarından birində çıxış edirəm. Hazırda həyatımdan məmnunam. "Liverpul"da xoşbəxtəm və bütün diqqətimi oyunlarımıza cəmləmişəm. Hər gün daha güclü olmaq üçün çalışıram".

Qeyd edək ki, Koutinyo 2013-cü ildən "Liverpul"da çıxış edir. Bu mövsüm "qırmızılar"ın heyətində 9oyun keçirən 25 yaşlı oyunçu 4 qol və 3 assistlik performans nümayiş etdirib.

© xezerxeber.az


56 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR