"Arsenal" Özillə Sançesin qiymətini müəyynləşdirdi

11.11.2017 13:08

"Arsenal" komandanı tərk etmək istəyən iki futbolçunun qiymətini müəyyənləşdirib. London klubu Məsut Özil və Aleks Sançesin hər biri üçün 35 milyon avro tələb edir.

Məsut Özilin müqaviləsi gələn yay başa çatacaq. Amma Joze Mourinyonun başçılıq etdiyi "Mançester Yunayted" onunla ciddi şəkildə maraqlanır və qış fasiləsində rəsmi təkliflə "Arsenal"a müraciət edəcəyi deyilir. Türk əsilli futbolçunun müqaviləsinin yayda başa çatacağını nəzərə alan "Arsenal" qışda onu satmaqla pul qazanmaq niyyətindədi.

Çilili Aleks Sançesi isə "Mançester Siti"nin istədiyi bildirilir.

© xezerxeber.az


94 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR