"Beşiktaş" futbolçusuna elə qiymət qoydu ki...

11.11.2017 13:02

"Beşiktaş" bir çox Avropa klubunun maraq dairəsində olan Cenk Tosunun transfer qiymətini müəyyənləşdirib.

İstanbul klubunun prezidenti Fikrət Orman 26 yaşlı futbolçunu istəyən klublardan 23 milyon avro tələb edir.

Cari mövsümdə keçirdiyi 15 rəsmi oyunda 10 qol vuran, Çempionlar Liqasının 4 matçında 4 dəfə fərqlənən türk futbolçunu İngilətərənin "Nyukasl" və Kristal Palas" klubları ilə yanaşı, İspaniya, İtaliya və Almaniya klubları da istəyir.

© xezerxeber.az


495 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR