Roberto Karlos baba olub

13.10.2017 11:52

Futbol üzrə Braziliya yığmasının keçmiş müdafiəçisi Roberto Karlos baba olub.

Xezerxeber.az məlumat verir ki, vaxtılə "Real”, "İnter” və "Anji” komandalarında çıxış etmiş 44 yaşlı keçmiş futbolçunun ikinci qızı Covannanın ilk övladı dünyaya gəlib. Körpənin adını Pedro qoyublar.

Roberto Karlos öz instaqram səhifəsində yazıb: "Nəvəm Pedronun doğulması münasibəti ilə qızımı təbrik edirəm. Hər ikisinə cansağlığı və Tanrının xeyir-duasını arzu edirəm”.

Xatırladaq ki, cəmi üç ay bundan əvvəl – bu il iyul ayında Karlosun ikinci xanımının qızı olub. Bu, Karlosun doqquzuncu övladıdır.

© xezerxeber.az


124 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR