“Barselona” stadionunun adını dəyişir

12.10.2017 16:29

"Barselona” "Kamp Nou” stadionunun adını dəyişə bilər.

Bu haqda sport.es məlumat yayıb. Klubun stadionun adını almaq üçün sponsor axtarışında olduğu bildirilir. Əgər sponsor tapılarsa, 2018-ci ildən arenanın adı dəyişəcək.

İddia edilir ki, klub rəhbərliyi arenanın adını 200 milyon avroya satmağı planlaşdırır.

Qeyd edək ki, "Kamp Nou”dakı yenidənqurma işlərindən sonra tamaşaçı tutumunun 105 minə çatdırılacağı, stadiona dam örtüyünün qoyulacağı, yeni tablonun quraşdırılacağı və VİP lojanın genişləndiriləcəyi bildirilir./Qol.az

© xezerxeber.az


144 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR