"Kəpəz" yeni transferini açıqladı

11.10.2017 17:03

Milli komandamızın sabiq üzvü Məhəmməd Qurbanov "Kəpəz"də çıxış edəcək.

Bir müddətdir baxışda olan 25 yaşlı futbolçu baş məşqçi Şahin Diniyevin etimadını doğruldub.

Klub rəhbərliyi ilə Qurbanov artıq müqavilə məsələsində razılığa gəlib. Hücumçu yeni komandası ilə bu mövsümün sonuna qədər müqavilə imzalayıb. O, "Kəpəz”də 24 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, əvvəllər "Sumqayıt” və "Neftçi”də oynamış Məhəmməd Qurbanov müxtəlif yaş qrupları üzrə Azərbaycan yığmalarında da oynayıb.

© xezerxeber.az


109 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR