Messi: "Dünya çempionatında iştirak etməmək fəlakət olardı"

11.10.2017 15:27

Argentina millisi 2018-ci il dünya çempionatına vəsiqəni seçmə mərhələnin son oyununda təmin edib. Səfərdə Ekvadorun qonağı olan "albiceleste" Messinin het-triki sayəsində 3:1 hesablı qələbə qazanıb.

Matçdan sonra fikirlərini bölüşən ulduz futbolçu bunları deyib:

"Dünya çempionatında iştirak etməmək fəlakət olardı. Tək mənə yox, bütün Argentina üçün. biz mundiala vəsiqəni əvvəlki oyunlarda təmin etməyə layiq idik. Turnirə qatılmamaq təhlükəsi ilə üzləşmişdik. Buna baxmayaraq komanda məqsədinə çatdı. Dünya çempionatında tam başqa olacağıq. Ekvadorla oyunda geri dönüş etməli olduq. Argentina bu səviyyədə oyun göstərməyə layiqdir. Artıq bir müddətdir bəzi futbolçuların milliyə dəvət almasına şübhə ilə yanaşırlar. Onların 3 finalda iştirak etməsini isə nəzərə almırlar".

Argentina Cənubi Amerika zonasında seçmə qrupu 28 xalla 3-cü pillədə başa vurub və dünya çempionatına birbaşa qatılacaq.

© xezerxeber.az


79 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR