PSJ bu dəfə Kanteyə göz dikib

11.10.2017 14:29

Fransa 1-ci Liqasında mübarizə aparan PSJ "Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante ilə maraqlanır.

Paris təmsilçi mövsümün sonunda 26 yaşlı oyunçu üçün hərəkətə keçəcək.

Bildirilir ki, Neymar və Mbappe transferləri ilə müzakirə obyektinə çevrilən PSJ Kante üçün 110 milyon avro ödəməyə hazırdı.

Xatırladaq ki, "Qızıl top” mükafatının namizədləri arasında yer alan fransız futbolçu 2016-cı ildə "Lester Siti”dən 36 milyon avro qarşılığında "Çelsi”yə keçmişdi. Kante bu mövsüm "zadəganlar”ın forması ilə 10 oyuna 1 qol vurub.

© xezerxeber.az


66 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR