DÇ-2018: Final mərhələsinin ilk səbəti müəyyənləşdi

11.10.2017 14:19

DÇ-2018-in final mərhələsinin püşkatması ilk səbətdə yer alacaq komandalar bəlli olub.

Rusiya yığması ev sahibi kimi ilk səbətdə yer almışdı. Seçmə mərhələ oyunlarından sonra isə Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa və Almaniyanın da ilk səbətdə yer alacağı müəyyənləşib.

DÇ-2018-in final mərhələsinin püşkatma mərasimi dekabrın 1-də Kremldə keçiriləcək. Komandalar hər birində 4 komanda olmaqla, 8 qrupa bölünəcəklər.

Qeyd edək ki, dünya çempionatı 2018-ci il, iyunun 14-dən iyulun 15-nə qədər Rusiyada keçiriləcək.

© xezerxeber.az


682 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR