Türkiyə tarixinin ən bahalı transferi bu komandaya gələcək

11.10.2017 14:02

Türkiyənin "Beşiktaş" futbol klubu "Benfika"dan icarəyə götürdüyü Anderson Taliskanın transfer hüququnu almaq niyyətinə düşüb.

Klub artıq portuqaliyalılara rəsmi müraciət ünvanlayıb.

"Beşiktaş" hücumameyilli mərkəz yarımmüdafiəçisi üçün "Benfika"ya 18 milyon avro ödəməyə hazır olduğunu bildirib.

A.Taliskanın transferi baş tutsa, bu, Türkiyənin futbol tarixində ilk ən bahalı transfer olacaq.

Çünki "Beşiktaş" Talişkanın müqaviləsinə sərbəst qalma maddəsi salacaq. Həmin bəndə əsasən, onu heyətinə qatmaq istəyən klub futbolçu üçün 260 milyon lirə (60 milyon avro) ödəməli olacaq./publika.az

© xezerxeber.az


175 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR