Ulduz futbolçu “Qalatasaray”ın hədəfində

14.09.2017 15:07

Bu yay önəmli transferləri ilə yadda qalan "Qalatasaray” gələn mövsüm üçün indidən çalışmalara başlayıb.

"Cim Bom” "Bavariya”nın ulduz futbolçusu Aryen Robbeni 2018-2019 mövsümü üçün heyətinə qatmaq niyyətindədir.

Holland hücumçu üçün yanvar ayında danışıqlara başlanacağı və İstanbul təmsilçisinin ilk görüşdə müsabət nəticə əldə etmək istədiyi bildirilir. "Qalatasaray” 33 yaşlı oyunçuya 1+1 illik saziş təklif edəcək.

Qeyd edək ki, Robbenin "Bavariya” ilə müqaviləsi mövsümün sonunda bitir.

© xezerxeber.az


164 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR