Avropa Liqasında qrup mərhələsi başlayır

14.09.2017 14:21

Bu gün Avropa Liqasında da qrup mərhələsində mübarizəyə start veriləcək.

12 qrupda yer alan 48 komanda arasında Türkiyənin 2 təmsilçisi də var.

Onlardan "Başakşehir" Bolqarıstan "Lüdoqorets"ini qəbul edəcək. "Konyaspor" isə Fransada "Marsel"in qonağı olacaq. Postsovet məkanından isə Rusiyanın "Lokomotiv" (Moskva) və "Zenit", Ukraynanın "Dinamo" (Kiyev) və "Zarya" (Luqansk), Belarusun BATE, Moldovanın "Şerif", Qazaxıstanın "Astana" komandaları qrupa düşüb. "Qarabağ"ın Çempionlar Liqasında mübarizədən kənarlaşdırdığı "Şerif" Çexiya "Zlin"inə qonaq olacaq, Danimarka "Kopenhagen"i isə məhz "Lokomotiv"i qəbul edəcək.

Azərbaycan isə son 4 mövsümdə ilk dəfə Avroliqanın qrup mərhələsində təmsil olunmayacaq.

A qrupu

21:00. "Slaviya" (Praqa, Çexiya) - "Makkabi" (Təl-Əviv, İsrail)

21:00. "Vilyarreal" (İspaniya) - "Astana" (Qazaxıstan)

B qrupu

21:00. "Yanq Boyz" (İsveçrə) - "Partizan" (Serbiya)

21:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Skenderbeu" (Albaniya)

C qrupu

21:00. "Başakşehir" (Türkiyə) - "Lüdoqorets" (Bolqarıstan)

21:00. "Hoffenhaym" (Almaniya) - "Braqa" (Portuqaliya)

D qrupu

21:00. "Riyeka" (Xorvatiya) - AEK (Afina Yunanıstan)

21:00. "Austriya" (Avstriya) - "Milan" (İtaliya)

E qrupu

21:00. "Apollon" (Kipr) - "Lion" (Fransa)

21:00. "Atalanta" (İtaliya) - "Everton" (İngiltərə)

F qrupu

21:00. "Kopenhagen" (Danimarka) - "Lokomotiv" (Moskva, Rusiya)

21:00. "Zlin" (Çexiya) - "Şerif" (Moldova)

G qrupu

23:05. "Styaua" (Rumıniya) - "Viktoriya" (Plzen, Çexiya)

23:05. "Hapoel" (Beer-Şeva, İsrail) - "Luqano" (İsveçrə)

H qrupu

23:05. "Arsenal" (İngiltərə) - "Köln" (Almaniya)

23:05. "Srvena Zvezda" (Serbiya) - BATE (Belarus)

İ qrupu

23:05. "Setubal" (Portuqaliya) - "Zalsburq" (Avstriya)

23:05. "Marsel" (Fransa) - "Konyaspor" (Türkiyə)

J qrupu

23:05. "Herta" (Almaniya) - "Atletik" (Yunanıstan)

23:05. "Zarya" (Luqansk, Ukrayna) - "Ostersun" (İsveç)

K qrupu

23:05. "Vitess" (Hollandiya) - "Latsio" (İtaliya)

23:05. "Sulte Varegem" (Belçika) - "Nitsa" (Fransa)

L qrupu

23:05. "Real Sosyedad" (İspaniya) - "Rusenborq" (Norveç)

23:05. "Vardar" (Makedoniya) - "Zenit" (Rusiya)

Qeyd edək ki, oyunların başlama saatları Bakı vaxtı ilə göstərilib.

© xezerxeber.az


39 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR